waplog

Diş fırçası Beynəlxalq Kosmik Stansiyanı xilas edib


Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətində 1 həftə ərzində problemlər yaradan elektrik sistemində baş vermiş nasazlıq qayka açarı, bolt və diş fırçası vasitəsilə təmir edilib.

“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, ötən həftə Beynəlxalq Kosmik Stansiyada günəş batareyalarının fəaliyyətinə cavabdeh olan modullardan biri sıradan çıxmışdı. Kosmonavtlar onu təmir etmək üçün açıq kosmosa çıxmalı olublar. Lakin modulun boltları narın metal tozla sıx örtüldüyündən onları burub açmaq mümkün olmayıb.

Stansiya nasazlıq üzündən getdikcə daha təhlükəli olmağa başlayıb, ona görə stansiyanın ekipayı əl altında olan vasitələrdən istifadə edib.
Onlar diş fırçasından istifadə edərək düzəltdikləri alət vasitəsilə modulun boltlarını açaraq onu təmir ediblər.
 
Beləliklə, astronavtların ixtiraçılığı 3 dollarlıq diş fırçası 100,000,000,000 dollar dəyərində kosmik stansiyanı xilas edib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL