waplog

Yeni virtual klaviaturanın qiyməti 100 dollardır


“Brookstone” smartfon və planşetlər üçün nəzərdə tutulmuş “CTX Virtual Technologies” virtual klaviaturası üçün sifarişlərin qəbuluna  başlayır.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ölçüsünə görə “Zippo” alışqanı ilə müqayisə edilə bilən qurğu “QWERTY” düzülüşlü klaviaturanın təsvirini  istənilən yastı səthdə əks etdirir. Barmaqların hərəkəti optik datçik tərəfindən izlənilir; minikompyuter və smartfonla məlumat mübadiləsi üçün simsiz “Bluetooth” əlaqədən istifadə olunur.

Virtual klaviatura daxili litium-ion akkumulyatoru vasitəsilə enerji toplayır və avtonom iş müddəti iki saat təşkil edir. Enerji yükləmə “USB” portu vasitəsilə həyata keçirilir.Virtual klaviaturanın qiyməti 100 dollar təşkil edir; oktyabrda tədarük edilməyə başlanacaq.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL