waplog

Azərbaycan Respublikası Prezidenti “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL