waplog

Amerikalılar köhnə mobil telefonların qəbulu üçün avtomatlaşdırılmış məntəqə hazırlayıblar


Amerikalı mühəndislər istifadə edilmiş mobil telefonlar üçün  avtomatlaşdırılmış qəbul məntəqəsi hazırlayıblar. Qurğu aparatın qalıq dəyərini müəyyən edir və sonra mobil telefonun sahibinə aşağıdakı seçimləri təklif edir: mobil telefonu özündə saxlamaq, yenisini satın almaq üçün kupon əldə etmək və ya pulu xeyriyyə təşkilatlarının hesabına göndərmək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 2012-ci ilin sonunadək 300 belə aparat hazırlamaq planlaşdırılır. Bu aparatlar sonradan iri mağaza və ticarət mərkəzlərində quraşdırılacaq.

Keçirilmiş sınaqlar nəticəsində aparatın dəqiqliyinin 97,5 faiz təşkil etdiyi məlum olub. İstehsalçılar əldə etdikləri əlavə maliyyələşdirmə sayəsində sistemi təkmilləşdirməyə hazırlaşırlar.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL