waplog

Yerli mobil operatorlar yaxın vaxtlarda Nano-SİM kartlar təqdim edəcəklər


"iPhone 5" üçün SİM kartların yeni nümunələri yaxın vaxtlarda Azərbaycan bazarında meydana çıxacaq.
"Bakcell", "Azerfon" mobil rabitə operatorları Nano-SİM kartların ilk partiyasını sifariş ediblər və onların satışına yeni smartfonun Azərbaycanda meydana çıxması ilə eyni vaxtda başlamağı planlaşdırırlar. Qeyri-rəsmi məlumatlara görə, yeni smartfonu bu ayın sonlarına mağazaların piştaxtalarında görmək mümkün olacaq.

"Azercell"dən verilən məlumata görə, şirkətin şəbəkəsinin abonentləri üçün yeni SİM kartları noyabrda almaq mümkün olacaq.

Yeni nəsil SİM kartlar adi SİM və micro-SİM kartlardan 15 faiz nazikdir. Nano-SİM kartların diametri 9x12 millimetr təşkil edir. Müqayisə üçün deyək ki, adi SİM kartların parametrləri 25х15х0,76 millimetr, micro-Sim standartı: 15x12x0,76-dır.

"iPhone 5" ABŞ və bəzi ölkələrdə sentyabrın 21-dən satışda olacaq."iPhone 5" smartfonunun təqdimatı sentyabrın 12-də ABŞ-da keçirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL