waplog

“Springer”in İstanbul ofisi alimlərimizi innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edəcək


Türkiyədə Almaniyanın “Springer” beynəlxalq elmi bazasının İstanbul ofisinin açılışı olub. Yeni açılmış ofis vasitəsilə Yunanıstan, Kipr və Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Springerin arxiv materiallarına, həmçinin yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) onlayn çıxışı təmin olunacaq.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan (İTİ)  məlumat verilib. İnstitutdan bildirilib ki, İstanbul ofisi universitet kitabxanaları, elmi-tədqiqat institutları və digər elm və təhsil ocaqları üçün baş əlaqə mərkəzi kimi fəaliyyət göstərəcək.

“Springer” beynəlxalq elmi bazasının İstanbul ofisinin açılışında nəşriyyatın prezidenti Peter Hendriks, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktor Sıtkı Aktaş və müvafiq ölkələrdən alim və mütəxəssislər, o cümlədən AMEA ilə “Springer” arasında əməkdaşlıq çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri texnika elmləri doktoru Ramiz Alıquliyev və Təhmasib Fətəliyev iştirak ediblər.

Qeyd edək ki, aparıcı elmi nəşriyyat kimi tanınan “Springer” akademiya, korporativ “R & D” (Research and Development Departments – Tədqiqat və İnkişaf Bölmələri) və elmi-tədqiqat institutlarını keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir. Burada hər il təxminən 2000 jurnal və 7000-dən artıq yeni kitab nəşr olunur. Elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan beynəlxalq elmi bazanın dünya üzrə əməkdaşlarının sayı 6,200 nəfərdir, ötən il üçün satış həcmi təxminən 875 milyon avro təşkil edib.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL