waplog

Yaponlar “ağıllı quyruq” yaradıblar


Qeyri-adi zinət əşyalarını sevən və kibernetik bədən ideyası ilə maraqlanan şəxslər üçün "Neurowear" şirkətinin "Shippo" adlı yeni ixtirası maraqlı gələcək. Şirkət "ağıllı" pişik qulaqcıqlarından sonra  istifadəçinin beyin fəallığı ilə idarə olunan quyruq istehsal edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qurğu "NeuroSky"-dan beynin fəallığını ölçən ucuz "EGG" qarnitura istifadə edir. Qurğu həm də ürək döyüntüsünün tezliyini ölçür. Qarnitura istifadəçinin əhval-ruhiyyəsini müəyyən etmək üçün bu məlumatlardan istifadə edir və "Bluetooth" vasitəsi ilə "quyruğ"a əmr göndərir. İnsan sakit olduqda quyruq hərəkətsizdir, əksinə,  həyəcanlandıqda və ya qorxduqda qurğu hərəkətə gəlir."Neurowear" şirkəti bildirib ki, qurğu artıq 2012-ci ilin sonunda bazara çıxacaq. Onun qiyməti məlum deyil.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL