waplog

Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav “Biz İKT sahəsində şirkətlərimizin fəaliyyətinə dəstək verməliyik”


Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın "İCTnews" elektron xəbər xidmətinə müsahibəsi
 
- Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə əməkdaşlığın hansı istiqamətləri müzakirə edilib?
 
- Azərbaycana səfərim çərçivəsində bir neçə görüşdə olmuşam və bu görüşlərdə Sloveniya və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd etmişəm. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə də biz yüksək texnologiyalar və genişzolaqlı internet xidmətlərinə əlçatanlığın təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Hazırda bu əməkdaşlıq davam edir. Hər iki tərəfin qiymətləndirmələrinə görə, bu münasibətləri bir qədər də dərinləşdirmək, əməkdaşlığı daha da genişləndrmək üçün potensial var. Hazırda dəmir yolu tikintisi ilə bağlı, xüsusən telekommunikasiya xidmətləri göstərilən sektorda bir neçə layihə də həyata keçirilir. Görüşümüzün məqsədi də Azərbaycan şirkətlərinin Sloveniya şirkətləri ilə əməkdaşlığının davam etdirilməsdir. 

-Sloveniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hansı sahələr cəlbedicidir? 

-  İqtisadi inkişaf və texnologiya naziri kimi, mənim üzərimə düşən vəzifə ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da yüksəlməsinə dəstək verilməsidir. İqtisadi İnkişaf  Nazirliyində görüşdə də mən konkret sahələr üzrə çox uğurlu əməkdaşlıq perspektivlərimizin mümkün olduğunu vurğuladım və bu görüşdə informasiya texnologiyaları, telekommunikasiya sahəsi, genişzolaqlı internet xidmətlərinin təşkili sahəsində əməkdaşlıq üçün gözəl imkanlarımızın olduğunu vurğuladıq. Ümumiyyətlə, Sloveniya şirkətləri Azərbaycanda İKT sektorunda, o cümlədən internet, genişzolaqlı internet xidmətlərinin təşkili kimi sahələrdə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdırlar. Qeyd etmək istərdim ki, Sloveniya şirkətlərindən "İskratel" artıq Azərbaycan bazarında iştirak edir. Biz Azərbaycan şirkətlərinin Sloveniyada, Sloveniya şirkətlərinin Azərbaycan bazarında iştirakını müzakirə edib, onların fəaliyyətinə dəstək verməliyik. Düşünürəm ki, şirkətlərimizin qarşılıqlı əlaqələrini gücləndirməklə iqtisadi münasibətlərimizin inkişafını daha uğurlu etmək  olar. İstənilən halda, nazir Əli Abbasovla biz ümumi əməkdaşlığı ikitərəfli istiqamətlərdə başlatmaq istəyirik.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL