waplog

"Mobitel"in dəstəyi ilə "Win Phone" adlı müsabiqəyə start verilib


İnformasiya texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon” layihəsi çərçivəsində “Microsoft Azərbaycan”, “Nokia” və “Nokia”nın Azərbaycandakı rəsmi distribüteri "Mobitel" şirkətlərinin dəstəyi ilə növbəti müsabiqəyə start verilir. "Win Phone" adlandırılan növbəti müsabiqənin seçim turu 28 sentyabr 2012-ci il tarixədək davam edəcək.

“Mobitel”dən verilən məlumata görə, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycan dilində, “Windows” platformasında mobil proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. 

Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 28 sentyabr 2012-ci il tarixədək  “http://www.hackathonazerbaijan.org/” saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək.

Sentyabr ayının 30-da isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün təlim reallaşdırılacaq.Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL