waplog

Son 1 ildə respublikada 210435 ədəd “smart-kart” tipli elektron qaz sayğacı quraşdırılıb


Son 1 il ərzində respublikada 393783 ədəd qaz sayğacı, o cümlədən 210435 ədəd "smart-kart" tipli elektron qaz sayğacı quraşdırılıb və əvəz olunub. "ICTnews" elektron xəbər xidmətinə bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, ümumilikdə 2009-2012-ci illərdə 866560 ədəd qaz sayğacı, o cümlədən 380207 ədəd "smart-kart" tipli elektron qaz sayğacı quraşdırılıb və əvəz edilib: "2009-2012-ci illərdə respublikada 258943 yeni əhali abonenti, o cümlədən Bakı şəhərində 75172 yeni əhali abonenti, regionlarda isə 183771 yeni əhali abonenti təbii qazla təmin edilib. Son 1 il ərzində isə 102482 yeni əhali abonenti, o cümlədən Bakı şəhərində 20957 yeni əhali abonenti, regionlarda isə 81525 yeni əhali abonenti təbii qazla təmin olunub".




 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL