waplog

Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlər sürətləndirilib


Dövlət Sosial Müdafiə Fondunda 2011-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. İclasda sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün tapşırıqlar verilib.
İclasda iyulun 1-dən etibarən tətbiq olunan pensiya artımları ilə bağlı əhalinin yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi də müzakirə edilib, şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması, vətəndaşların məhdudiyyətsiz qəbul olunması və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsinin təmin olunması barədə ciddi tapşırıqlar verilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL