waplog

Eynşteynin beyni “AppStore”-də 10 dollara satılır


Çikaqo Milli Səhiyyə və Tibb Muzeyinin əməkdaşları “iPad” planşeti üçün qeyri-adi tətbiq hazırlayıblar. İstifadəçilər tətbiq vasitəsilə Eynşteynin beyninin 350 fotosuna baxa bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tətbiqin qiyməti 9,99 dollara bərabərdir. Yaradıcılar proqramı yaratmaq üçün patoloqoanatom Tomas Harvinin çəkdiyi 350 slaydı rəqəmləşdiriblər. Qeyd edək ki, 1955-ci ildə Tomas Harvi Albert Eynşteyni eksqumasiya etmişdi.

Harvi bundan sonra alimin beynini gələcək nəsillərə saxlamaq üçün onu bədəndən ayırmışdı. Harvi Eynşteynin beynini hissələrə ayırdığına görə yaradıcılar beynin tam modelini yarada bilməyiblər: o, anatomik modelə uyğun deyil.

Tətbiq sayəsində bir çox “iPad” istifadəçiləri dünyasını dəyişmiş dahinin beynini ətraflı şəkildə öyrənə biləcək.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL