waplog

Məlumat mərkəzlərində naqillər istifadə edilməyəcək?


Kornel Universitetində çalışan mühəndislərin təklif etdiyi simsiz platforma dizaynı “bulud” məlumat mərkəzlərinin qiymətini və enerji sərfiyyatını mühüm dərəcədə azalda, eyni zamanda onların məhsuldarlığını artıra bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Kornel Universitetinin mühəndisləri tərəfindən təklif edilmiş məlumat mərkəzinin dizaynı Corciya ştatının Texnologiya Universitetində yaradılmış yeni 60 qiqaherslik simsiz rabitə sisteminə əsaslanır.

Bu texnologiya ucuz “CMOS” çiplər əsasında işləyir: qəbuledici və indikatorlar konusşəkilli formada hazırlanıb və böyük tutumlu verilənləri 10 metrədək məsafədə çox sürətlə ötürə bilərlər.Qeyd edək ki, hazırda məlumat mərkəzləri naqil kommunikasiyalarına əsaslanır.

İstehsalçıların verdiyi məlumata əsasən, onlar hələ ki təklif edilən həllin konkret qiymətini bildirməkdə çətinlik çəkirlər, çünki “CMOS” çipləri əsasında işləyən 60 qiqaherslik ötürücü aparatların  ticari həlli yoxdur.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL