waplog

Azərbaycanda 922 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Dövlət Radiotezliklər İdarəsinin İstismara  nəzarət  şöbəsi  tərəfindən cari ilin  9 ayı  ərzində  iş planına və idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 520 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib  və müvafiq qaydada aktlar tərtib edilib.

“ICTnews” elektron xəbər xidmətinin idarəyə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 922 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 160 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib, 33  ədədi dövriyyədən çıxarılıb, 341 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. O cümlədən, “Teleradio” İB-nin respublika üzrə bütün məntəqələrində RİTN-in tədbirlər planına uyğun olaraq quraşdırılmış radioelektron vasitələrə, həmçinin “Bakcell”, “Azerfon”, “Azercell Telekom” şirkətlərində, Azərbaycan Dəmir Yolları QSC və “Azərenerji” ASC-də istismar olunan REV-ə texniki baxış keçirilib.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL