waplog

Harvardın tələbəsi 5 milyon elmi məqalə oğurlayıb


Harvard Universitetinin tələbəsi Eyron Şvars Massaçusets Texniki İnstitutunun (MİT) kompyuter şəbəkəsini qırmaqda və qanunsuz olaraq 5 milyon elmi məqalə yükləməkdə ittiham edilib. Bu barədə “Associated Press” bildirib.
İttiham versiyasına görə, Şvars MİT şəbəkəsinə server otağı vasitəsilə qoşulub və 2010-cu ilin sentyabr ayından 2011-ci ilin yanvar ayınadək “JSTOR” qeyri-kommersiya resursundan 4,8 milyon məqalə yükləyib. Bildirilib ki, yükləmə intensivliyi o qədər yüksək olub ki, oktyabr ayında bir gün “JSTOR” məlumatlarının saxlanıldığı server tab gətirməyib. Şvars bu sənədləri pulsuz olaraq fayl mübadiləsi şəbəkələrində yaymağı planlaşdırıb. Müttəhim 35 il müddətinə məhkum edilə bilər. Hal-hazırda o, 100 min dollar müqabilində zaminə buraxılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL