waplog

“Wikipedia”nın yaradıcısı Cimmi Uels evləndi


“Wikipedia” şəbəkə ensiklopediyasının banisi Cimmi Uels evlənib. Onun həyat yoldaşı Keyt Harvey ölkədə kifayət qədər tanınmış şəxsdir, həmçinin o, əvvəllər Toni Bleyerin katibi işləyib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, dəvət edilmiş qonaqlar arasında sabiq baş nazir Toni Bleyer və xanımı, həmçinin digər məşhur siyasətçilər olub. Uelsin xanımı Keyt Qarvey hazırda ictimai-siyasi həyatdan uzaqlaşıb və “Freud Communications” adlı kiçik özəl PR agentliyinə rəhbərlik edir.

Qeyd edək ki, Cimmi Uels və Keyt Harvey İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun sessiyalarından birində tanış olublar.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL