waplog

Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatı keçirilib


Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatı keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  tədbirdə təhsil naziri Misir Mərdanov qeyd edib ki, 2004-cü ilin yanvarın 1-dən Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 6982 müraciət daxil olub. Daxil olan müraciətlərin 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb.

Onun sözlərinə görə, 26 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni əldə edilməsi sübuta yetirilib. Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar qəbul edilib.

Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112,  2011-ci ildə 1234,  2012-ci ildə 1618 müraciət daxil olub: “Müraciətlərin daxil olması hazırda da davam edir. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb”.

M. Mərdanov bildirib ki, xaricdə təhsil almış şəxs Azərbaycanda bu və ya digər qurumda işləmək üçün diplomunu mütləq təsdiqlətməlidir: “Bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var. Elə insanlar var ki, müxtəlif vasitələrlə valideynləri aldadırlar, sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində tanınmır. Biz də təbii ki, həmin diplomları tanımırıq”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL