waplog

Bakıda multimedia üzrə təlimlər keçiriləcək


Azərbaycan paytaxtında multimedia üzrə beynəlxalq trener Michael Haurinin təlimləri təşkil olunacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı məlumat yayıb. Məlumatda bildirilir ki, multimedia təlimləri 25-27 oktyabr tarixlərində düzənlənəcək.

Media və QHT nümayəndələri keçiriləcək təlimdə iştirak etmək istəyənlər öz CV və motivasiya məktubunu Vuqar Məmmədov (vmammadov@irex.org) və Ülviyyə Əsədzadəyə (uasadzade@irex.org) göndərə bilərlər.
Qeyd edək ki, yekunda doqquz iştirakçının seçilməsi nəzərdə tutulub.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL