waplog

Oxuculara xidmət prosesi avtomatlaşdırılır


M.F.Axundov adına Milli Kitabxanada mövcud olan “Virtua” proqramının  “Oxuculara xidmət prosesinin avtomatlaşdırılması” modulu işə salınacaq.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMK-nın məlumatında deyilir.
Bununla əlaqədar olaraq, VTLS “Virtua” proqramının sistem administratoru Yana İlavsva sentyabr ayının 30-dan oktyabrın 15-dək  Azərbaycan Milli Kitabxanasında ezamiyyətdədir.  Proqram meneceri Gemma Ros isə oktyabrın 1-dən 5-dək  ezamiyyətdə olub.

Modulun işə salınması məqsədilə mütəxəssislər və kitabxana işçiləri arasında görüşlər keçirilir, qarşıya çıxan məsələ və problemlərin həlli yolları araşdırılır.




 
CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL