waplog

Bu gün avstriyalı paraşütçü 36 kilometr hündürlükdən tullanacaq (VİDEO)


Bu gün avstriyalı paraşütçü Feliks Baumhartner 36 kilometr hündürlükdən tullanmaqla eyni anda bir neçə rekorda imza atmağa cəhd edəcək. Ekstremal uçuş “YouTube”-un xüsusi kanalında, həmçinin “Red Bull Stratos” saytında yayımlanacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Feliks Baumhartner əvvəlcə Nyu-Meksika ştatının Rozuell şəhərindən xüsusi kapsulda 36,5 kilometr hündürlüyə qaldırılacaq. Bundan sonra 42 yaşlı idmançı kapsuldan tullanacaq və sərbəst uçuş zamanı səsdən sürətli olmağa çalışacaq və sonra paraşütlə yerə enəcək.

Layihənin əsas məqsədi elmi araşdırmalar üçün məlumat toplamaqdır. Bu məlumatlar kosmik uçuşların təhlükəsizliyini artırmağa imkan verəcək. Feliks Baumhartner bir neçə rekorda imza atmaq niyyətindədir: sərbəst uçuşda ən yüksək sürət, ən yüksək hündürlükdən tullanma və s.
Qeyd edək ki, Feliks Baumhartner sərbəst uçuşda səsin sürətindən (1225 km/saat) daha çox sürət yığmış birinci insan olmaq niyyətindədir.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL