waplog

“Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması" üzrə təqdimat keçiriləcək


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr 2012-ci il tarixdə  (saat 11:00 – 13.00) Bakı şəhəri, “Jumeirah Bilgah Beach Hotel”də "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması" layihəsinin icrasına başlanması ilə əlaqədar ictimai təqdimat keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Bakı şəhərində başlanacaq kadastr layihəsinin uğurla həyata keçirilməsi məqsədi ilə maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olunmasından ibarədir. Media nümayəndələri 10 oktyabr saat 10:15 Əmlak Məsələləri Dövlət Komitəsinin Mərkəzi Aparatının binası (Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 20) önündən yola düşəcəklər.





HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL