waplog

Azərbaycanın ilk telekommunikasiya peyki test sınaq mərhələsindədir


“Azərbaycanın ilk telekommunikasiya peyki test sınaq mərhələsindədir”. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, işlər bu ilin sonunda başa çatacaq və gələn ilin yanvar ayında peyk orbitə qaldırılacaq.

Nazir müavini hazırda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşası və zəruri infrastrukturla təminatla bağlı işlərin tamamlanmaq üzrə olduğunu bildirib. “Mərkəzdə antenalar və digər peyk avadanlıqlarının qurulması, demək olar ki, sona çatmaq üzrədir. Hazırda mərkəzdə İT infrastrukturunun qurulması istiqamətində işlər aparılır.

Eyni zamanda, obyektdə interyer və ərazinin abadlaşdırılması işləri də yerinə yetirilməkdədir. Bu mərkəz ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Peyk İdarəetmə Mərkəzinin də tikintisi və quraşdırma işləri yekunlaşmaq üzrədir. Mərkəzin bu ay tam hazır şəkildə istifadəyə verilməsi planlaşdırılır” – deyə İ.Məmmədov qeyd edib.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL