waplog

“Rikomagic MK802 III” mikrokompüteri


72 dollara təklif edilən kiçik ölçülü “Rikomagic MK802 III” kompüteri satışa çıxarılıb.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu 1.6 QHs takt tezliyində işləyən ikinüvəli “Rockchip Rk30666” prosessoru ilə təchiz edilib. Əməli yaddaş tutumu 1 QB təşkil edir, daxili fləş modulda 4 Qb həcmində informasiya saxlamaq mümkündür. İstifadəçi məlumatlarını “MicroSD” yaddaş kartlarında saxlaya bilər.

90×40×13 millimetr ölçüsündə qurğu, həmçinin “USB 2.0” portu, “MicroUSB” konnektoru və “HDMI” interfeysi ilə təchiz edilib. “HDMI” interfeysi təsviri monitor və ya televizorda əks etdirmək üçündür.

Mikrokompüter “Wi-Fi” simsiz rabitə adapter ilə təchiz edilib. Proqram platforması kimi “Android 4.1 Jelly Bean” quraşdırılıb. Qurğunun çəkisi təxminən 40 qramdır.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL