waplog

Kənd poçt şöbələrindən qəbul edilən məktubların kompüter şəbəkəsində qeydiyyatı aparılacaq


Yaxın vaxtlarda  kənd poçt şöbələrindən qəbul edilən məktubların kompüter şəbəkəsində qeydiyyatı aparılacaq.”Azərpoçt” MMC-dən verilən məlumata görə, pilot layihə olaraq bir neçə kənddə təcrübə aparılıb və nəticələr qənaətbəxşdir. Hazırda bu təcrübə bütün rayon mərkəzlərində var. Qeydiyyata alınan daxili və beynəlxalq poçt göndərişləri mənzil başına çatana qədər izlənilə bilir.

Xatırladaq ki, əvvəllər məktubların qeydiyyatı 3 rəqəmli simvol olmaqla əllə həyata keçirilirdi. Artıq beynəlxalq standartlara  uyğun olaraq poçt göndərişlərinin üzərində 13 simvollu ştrix-koddan istifadə olunur. Poçt şöbəsində qəbul edilən məktubun üzərinə bu 13 rəqəmli simvol vurularaq skayner vasitəsilə surəti köçürülərək kompüter şəbəkəsinə daxil edilir.

Onu da bildirək ki, vətəndaşlar ev və ofislərini tərk etmədən “azerpost.az” ünvanına daxil olmaqla məktublarının harada olmasını öyrənə bilərlər.  



RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL