waplog

Doqquz ay ərzində nəqliyyat və rabitə xərclərinə keçən ilə nisbətən 8,9 mln. manat çox vəsait yönəldilib


2012-ci ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12521,0 mln. manat, xərcləri 11074,3 mln. manat olub, 1446,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 103,1 faiz icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz və ya 3542,1 mln. manat çoxdur. 

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayı ərzində dövlət büdcəsi xərclərinin 30,4 faizi və ya 3367,4 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 327,2 mln. manat və ya 10,8 faiz çox olub.

Funksional təsnifata uyğun olaraq 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2012-ci ilin doqquz ayında müdafiə xərclərinə 35,4 faiz (208,6 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 30,6 faiz (47,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 28,9 faiz (30,7 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq  xərclərinə 28,7 faiz (130,6 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 27,6  faiz (34,9 mln. manat), nəqliyyat və rabitə xərclərinə 22,5 faiz (8,9 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə  19,1 faiz (611,5 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 18,5 faiz (206,0 mln. manat), səhiyyə xərclərinə 17,1 faiz  (55,4  mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 14,7 faiz (46,2  mln. manat ), ümumi dövlət xidmətləri xərclərinə 6,4 faiz (38,8 mln. manat), təhsil xərclərinə 1,5 faiz (12,7 mln. manat) çox  vəsait yönəldilib.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL