waplog

Qusarda yeni elektron ATS-lər tikilir


Qusarda rayon mərkəzinə yaxın yaşayış məntəqələrində yeni elektron ATS-lər tikilir. Məqsəd bütün telefonsuz evlərin telefona olan tələbatının ödənilməsidir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə məlumat verən Qusar rayon Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov bildirib ki, belə stansiyalar istismara verildikdən sonra şəhər mərkəzindən çəkilən telefonlar bu ATS-lərin üzərinə köçürülür.

O bildirib ki, bir qədər əvvəl rayona yaxın Aravan kəndində belə stansiya istismara verilib. EATS-lərin belə yaşayış məntəqələrinin qurulması ilə daha çox vətəndaşın mənzilinin telefonlaşdırılması mümkün olub.

Bundan başqa mərkəzdən ətraf yaşayış məntəqələrinə məsafə çox olduğundan vətəndaşların telefon xətlərində bəzi problemlər yaşanırdı. Digər tərəfdən də məsafənin uzaq olması onların yüksək keyfiyyətli internet xidmətlərindən istifadəsinə imkan vermirdi.Yeni EATS-lərin mərkəzlə bağlantısı optik kabellərlə aparılır ki, bu da vətəndaşlara mükəmməl telefon rabitəsi xidməti ilə yanaşı, internet və digər multimedia xidmətlərindən istifadə üçün şərait yaradır.

Qeyd edək ki, Aravan kəndində qurulan ATS 128 nömrə tutumludur və gələcəkdə onun tutumunu 512-yə çatdırmaq mümkündür. Bu, Qusarda istifadəyə verilən sayca 26-cı ATS-dir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL