waplog

“Gənclərin kadr potensialı barədə Məlumat Bankı” müzakirə edilib


AMEA Rəyasət Heyətində AMEA-nın bütün elmi müəssisələrinin Gənc Alimlər Şuraları üzvlərinin iclası keçirilib. İclasda “Gənclərin kadr potensialı barədə Məlumat Bankı”, Gənclər Fondunun gənc alimlərə dəstək göstərməsi, yenilikçi gənclərin respublika forumunun keçirilməsi, “Qızıl Aypara” Cəmiyyətinin AMEA institutlarında şöbələrinin yaradılması və gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan bildirilib ki, iclasda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov  gənc alimlərin fəaliyyəti, gənclərin kadr potensialı barədə danışıb. Ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğını önə çəkən İ.Orucov bildirib ki, respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir: “Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib”. Natiq həmçinin, Gənclər və İdman Nazirliyinin AMEA-da fəaliyyət göstərən gənc alimlərə göstərdiyi diqqət və qayğıdan da söhbət açıb.

Qeyd edək ki, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin əsas məqsədi gənclərin elmi potensialının artırılması, onların elm, texnika, iqtisadiyyat, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə ixtiralarını, kəşflərini, təşəbbüslərini, səmərələşdirici təkliflərini stimullaşdırmaq, layihə və proqramların maliyyələşdirilməsi, elmi kəşflərin və ixtiraların tətbiq olunması ilə əlaqədar dövlət orqanlarına, kommersiya qurumlarına müraciət etmək, respublikada və respublikadan kənarda fəaliyyət göstərən fondların və donor təşkilatların axtarışına yardım etməkdir. Gənclərin İntellektual İnkişaf Mərkəzinin struktur bölmələri olaraq AMEA-nın bütün elmi müəssisələrində Gənc Alimlər Şuraları yaradılıb.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL