waplog

Elektron KİV-in dili müzakirə olunacaq


Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Dövlət dilinin istifadəsinə dair dövlət siyasətindən irəli gələn vəzifələri müzakirə edəcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə aldıçəkilən mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, oktyabrın 17-də keçiriləcək “dəyirmi masa”da Milli Məclis üzvlərinin, tanınmış alim və mütəxəssislərin təklif və tövsiyələri müzakirə olunacaq: «Tədbirdə «Dövlət Proqramının hazırlanması zərurəti, prinsip və vəzifələri», «Polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası», «Qloballaşma şəraitində Azərbaycan dilinin inkişaf  xüsusiyyətləri», «Azərbaycanda etnik dillərin qorunması və inkişafı», «Mətbuatda dövlət dilinin işlədilməsi. Problemlər və vəzifələr» və digər mövzularda çıxışlar və mövzular ətrafında müzakirələr nəzərdə tutulub. Eləcə də elektron KİV-in dili ilə bağlı fikirlərin səsləndiriləcəyi gözlənilir».





SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL