waplog

Poçt “Monex” təcili pulköçürmə sisteminə də qoşulacaq


“Azərpoçt” MMC-nin 300-dən  çox poçt şöbəsi “Western Union” beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, müəssisənin “Coinstar” pul köçürmələri sisteminə qoşulması üçün sistemin  “COLVİR” proqramına inteqrasiyası aparılmalıdır. Bundan əlavə,  “Migom” beynəlxalq pul köçürməsi sistemi ilə də danışıqlar aparılmaqdadır.

 “Azərpoçt” MMC ilə “RusSlavbank” arasında imzalanmış müqaviləyə əsasən, “CONTACT” Beynəlxalq pul köçürmələri “Azərpoçt” MMC-nin 70-dən çox poçt şöbəsində həyata keçirilir. Bundan başqa proqram təminatı hazırlandıqdan sonra “Azərpoçt” MMC ilə “Muğanbank” ASC arasında imzalanmış müqaviləyə əsasən “Monex” təcili pulköçürmə sisteminin bütün poçt şöbələrində fəaliyyətinin həyata keçirilməsi prosesi mümkün olacaqdır.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL