waplog

Abşeronun rabitə şəbəkəsi yüksək sürətlə inkişaf etdirilir


“Abşeron Telekommunikasiya Qovşağının inkişaf səviyyəsi şəhər şəbəkəsinin inkişaf səviyyəsinə çatıb”. Bu barədə “ICTnews”-a  "Aztelekom" İB-dən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, şəbəkənin tamamilə NGN texnologiyası əsasında qurulması və regionda ən böyük PON layihəsinin reallaşdırılması bunu deməyə əsas verir. İlk dəfə olaraq “Qurtuluş-93” qəsəbəsində yeni PON texnologiya tətbiq edilib.

PON - optik-lif xəttə genişzolaqlı multiservisli çıxış üçün daha çox perspektivli texnologiyadır. Adıçəkilən yaşayış massivində yaşayış olan 42-43 ədəd beşmərtəbəli birbloklu yaşayış evləri mövcuddur. Qəsəbədə qurulan 3008 nömrə tutumlu EATS bu beşmərtəbələrdən birinin birinci mərtəbəsində yerləşir.

Qəsəbədən Xırdalanın mərkəzi EATS-i optik kabellə birləşib. Binaların hər birinə PON texnologiyası əsasında optik kabellər çəkilib, vətəndaşların mənzilləri telefonlaşdırılır. Hazırda 100-dən yuxarı vətəndaşın mənzili telefonlaşdırılıb. Sənədləşdirmə işləri aparılıb və bu ayın sonunadək bu rəqəmin 300-ə çatdırılması gözlənilir.

ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır. ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış).

Qeyd edək ki, "Aztelekom"un şəbəkəsinin əlavə kommutasiya avadanlıqları hesabına genişləndirilməsi operatora telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətləri və əlavə rabitə xidmətlərinin əhatəsini genişləndirmə imkanı verir. Bu texnologiyaların tətbiqi abunəçilərə “VoIP”- telefoniya, səs poçtu, məlumatların ötürülməsi, multimedia xidmətləri, virtual xüsusi şəbəkə, məlumatların unifikasiya mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavabı sistemi üzrə xidmət, interaktiv oyunlar, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmə imkanı verəcək.
 
RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL