waplog

“DəmirBank” Azərbaycanda ilk dəfə “MobilKart” məhsulunu təqdim edir


“DəmirBank” Azərbaycanda ilk dəfə olaraq müştərilərə mobil danışıq dəqiqələri qazandıran “MobilKart” plastik kartlarını təqdim etməyə başlayıb.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “MobilKart” ilə əməliyyat edən müştərilərin kartla dövriyyələrinin 0,4%-i həcmində mobil telefon nömrələrinə “DəmirBank” tərəfindən danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda olan istənilən mobil operatordan istifadə edən müştərilər yararlana bilərlər.

Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansına danışıq dəqiqələri köçürülür. “MobilKart” məhsulunun qiyməti 15 AZN olmaqla müştərilərə təklif olunur.
“DəmirBank” plastik kart məhsullarının çeşidini artırmaqda davam edir. Bu dəfə təqdim etdiyimiz yeni məhsul müştərilərə mobil danışıq dəqiqələri qazandıracaq. “MasterCard” əsasında hazırlanan “MobilKart” dünyanın 200-dək ölkəsində istifadə edilir, bütün müvafiq imkanlara və üstünlüklərə malikdir”, – deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Bank plastik kart sahiblərinə “Card-to-Card” köçürmələri, SMS-bankçılıq, İnternet-bankçılıq və Telefon-bankçılıq xidmətləri, kartla “https://billpay.demirbank.az/” səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, Kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. “DəmirBank”-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL