waplog

“Foxconn” məktəblilərin əməyindən istifadə etdiyini etiraf edib


“Apple” şirkətinin istehsal üzrə əsas tərəfdaşı olan Çinin “Foxconn” şirkəti 14 yaşdan yuxarı yeniyetmələri işə götürdüyünü etiraf edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin bəyanatında bəzi məktəblilərin tətildə şirkətin tələbə proqramı üzrə çalışdığı etiraf edilib. Mövcud Çin qanunvericiliyinə əsasən, işədüzəltmə üzrə minimum yaş həddi 16-dır.

Qeyd edək ki, bundan əvvəl qərb hüquq müdafiə təşkilatları dəfələrlə “Foxconn” şirkətini pis əmək şərtləri, həmçinin uşaq əməyindən istifadədə ittiham ediblər. Hazırda “Foxconn” şirkətinə məxsus zavodlarda “Apple”-ın sifarişi üzrə smartfon və planşet quraşdırılması həyata keçirilir. Bununla bərabər “Microsoft”, “Hewlett-Packard” və digər şirkətlərin sifarişləri üzrə həmçinin kompüterlər yığılır.

"Biz bu pozuntulara görə məsuliyyəti dərk edirik və buna görə  bütün gənc şəxs və onların valideynlərindən üzr istəyirik. Həddi-büluğa çatmamış şəxsləri işə qəbul edən “Foxconn”un istənilən işçisi bunun üçün məsuliyyət daşıyacaq, həddi-büluğa çatmamış şəxslər isə dərhal işdən çıxarılacaqlar" – “Foxconn” şirkətinin nümayəndələri bildiriblər.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL