waplog

Dərmanlar haqda məlumatlar elektronlaşdırılır


Azərbaycanda saxta dərmanlara qarşı mübarizə daha da genişləndirilib. Hazırda ölkədə fəaliyyət göstərən apteklərdə və ya pərakəndə şəbəkələrdə satışda olan minlərlə dərmanın qanuni qeydiyyatda olub-olmaması, orijinal və ya saxta üsulla istehsal edilməsi barədə məlumatların daha geniş ictimaiyyətə  çatdırılması üçün “dermaninfo.az” portalı yaradılıb.

Bu aydan etibarən isə Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, o cümlədən dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən saytın rəhbəri Ramil Nəcəfli məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi portal vasitəsi ilə rəsmi qeydiyyatdan keçən 3700-ə yaxın dərman preparatı barədə məlumatları almaq mümkün olacaq: “Öz potensialımıza arxalanaraq Səhiyyə Nazirliyinə müraciət edib belə bir məsuliyyətli yükü  üzərimizə götürdük”.

Onun sözlərinə görə, sözügedən portal istifadəyə verilməzdən əvvəl bu sahədə dünya təcrübəsi öyrənilib. Xüsusən də Rusiya və Türkiyə təcrübəsi mənimsənilib. R.Nəcəfli əlavə edib ki, dərman kataloqunun hazırlanması “Dərman vasitələri haqqında” qanunun tələbidir: «Sayt Azərbaycan dilində fəaliyyət göstərəcək və istifadəsi pulsuzdur».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL