waplog

Almaniyanın nüfuzlu “RWE” elmi-texniki şirkəti Azərbaycanda tədqiqatlar aparacaq


Almaniyanın nüfuzlu “RWE” elmi-texniki şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Geologiya İnstitutundan bildirilib ki, məqsəd Abşeronun cənub hissəsinin və Qobustanın dənizlə quru ərazisinin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir.

Sənəd AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və Almaniya təşkilatının Azərbaycan üzrə layihə meneceri Yurgen Şober tərəfindən imzalanıb: “Akademik A.Əlizadə qeyd edir ki, sözügedən ərazilərdə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla olan qonşu quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivli olduğuna inanmağa əsas verir.

Odur ki, “RWE” həmin ərazidə bu günə qədər aparılmış tədqiqat və qazıma işlərinin nəticələrini yenidən təhlil etməyi, əlavə çöl işləri aparmağı və nəticədə zolağın perspektivliyini müəyyən etməyi Geologiya İnstitutuna sifariş edib. Müqavilə birillikdir, noyabrın 1-dən tədqiqat və çöl işlərinə başlamaq nəzərdə tutulur”.
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL