waplog

“Acer” məyus oldu


Dünyanın dördüncü ən böyük fərdi kompüter (FK) istehsalçısı olan “Acer” şirkəti ötən rüb proqnozlaşdırılandan az mənfəət əldə edib. Tayvan şirkətinin belə göstəriciləri istehlakçı tələbatının aşağı düşməsi fonunda onun bazar payının azalması ilə izah olunur.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə “Acer”in xalis mənfəəti 68 milyon Tayvan dolları (təxminən 2.3 milyon ABŞ dolları) təşkil edib. “Acer” şirkəti 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpacaq uğurlar əldə etsə də, lakin hazırkı  nəticə ekspertlərin proqnozundan mühüm dərəcədə aşağı olub.

“Gartner” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin üçüncü rübündə “Acer”in FK tədarüklərinin həcmi 10,2 faiz azalıb. Nəticədə Tayvan şirkətinin bazar payı hazırda 9,9 faiz təşkil edir.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL