waplog

Azərbaycanda “Elektron elm problemləri” elmi-praktiki konfransı keçiriləcək


Cari il, 15-16 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda "Elektron elm problemləri" I Respublika elmi-praktiki konfransı keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  AMEA-nın məlumatında deyilir. Tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfrans e-elmin elmi-nəzəri problemləri, e-elmin şəbəkə infrastrukturu, elmmetriya, bibliometriya, vebometriya, e-elm və sosial şəbəkələr, e-elmin texnoloji problemləri, paylanmış hesablama sistemləri və "bulud"ları və  e-elmin informasiya təhlükəsizliyi  istiqamətlərini əhatə edir.Sözügedən konfransda iştirak etmək istəyənlər 5 noyabr 2012-ci il tarixinədək tezislərini təqdim edə bilərlər.





CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL