waplog

“Microsoft”un hökmranlıq erası başa çatdı?


“Forrester Research”-in yeni hesabatına əsasən, smartfon və planşetlərin populyarlaşması, “Google Android” və “Apple iOS” mobil platformalarının yaranması nəticəsində müxtəlif kompüter qurğuları üçün əməliyyat sistemləri (ƏS) seqmentində “Microsoft”un bazar payı 30 faizə qədər azalıb. Qeyd edək ki, 4 il bundan əvvəl bu göstərici 70 faiz təşkil edirdi.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft” vəziyyəti düzəltmək üçün bu həftə “Windows 8” ƏS-ni istifadəyə verəcək. Bu ƏS ilə həm fərdi kompüterlər, həm də planşetlər işləyəcək. “Forrester” ekspertləri bu cəsarətli addıma baxmayaraq hesab edirlər ki, artıq “Microsoft”un tam hökmranlıq erası başa çatdı və bundan sonra bazar bir neçə əsas “oyunçu” arasında bölünəcək.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL