waplog

10 və 11-ci sinif şagirdləri arasında “İKT”, "Liderlik", “Psixologiya” sahəsində təlimlər keçiriləcək


Bakı şəhəri Nizami rayonu 129 saylı tam orta məktəbdə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən “Gənc Liderlər” adlı layihənin icrasına başlanıb.

Qeyd edilən layihə 3 gün ərzində 10 və 11-ci sinif şagirdləri arasında “İKT, “Liderlik”, “Psixologiya” sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri düzgün hədəf seçməyə yönəltmək, gələcək həyat fəaliyyətlərində onların lider kimi formalaşmasına yardım etmək, ictimai fəaliyyətin onların formalaşmasında rolunu anlatmaq, həmçinin vətəndaş cəmiyyətində QHT-lərin rolunu anlatmaqdır. Təlim kurslarının 129 saylı məktəb daxil olmaqla digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.
 


HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL