waplog

“LG Electronics”in vəziyyəti yaxşılaşıb


2012-ci ilin üçüncü rübünün nəticəsinə görə “LG Electronics” şirkətinin xalis mənfəəti 157,1 milyard von (142 milyon dollar) təşkil edib. Smartfon satışlarının həcminin artması Koreya şirkətinin maliyyə vəziyyətini bərpa edib. Məlumat üçün bildirək ki, şirkət 1 il bundan əvvəl 413.9 milyard von həcmində zərərə məruz qaldığını bildirmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, əməliyyat mənfəəti 220,5 milyard von, satışların həcmi isə 4 faiz azalaraq 12,38 trilyon von təşkil edib.

“LG” şirkəti ucuz mobil telefon istehsalını azaltmağı və diqqəti “Android” platforması ilə işləyən smartfon istehsalına yönəltməyi planlaşdırır. Şirkət hazırda smartfonların satış həcminə görə dünyada beşinci yerdə qərarlaşıb.2012-ci ilin üçüncü rübündə şirkət 14,4 milyon mobil telefon satıb və onlara tələbatın artacağını hesab edir.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL