waplog

“Apple” hesabat verib


"Apple" şirkəti 2012 maliyyə ilinin dördüncü rübü üzrə göstəricilərini dərc edib. Şirkətin mədaxili 36 milyard dollar, xalis mənfəət isə 8,2 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq rübü ərzində şirkətin mədaxili 28,3 milyard dollar, xalis mənfəət isə 6,6 milyard dollara bərabər olmuşdu. Beynəlxalq satışların həcmi rüblük mənfəətin 60 faizini təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, şirkət hesabat rübü ərzində 26,9 milyon "iPhone" smartfonu, 14 milyon "iPad" planşet kompüteri, 4.9 milyon "Mac" kompüteri, 5,3 milyon "iPod" pleyeri satıb.

"Biz nəticələrdən çox razıyıq. Belə ki, 41 milyard həcmində xalis mənfəət əldə olunub" – "Apple" şirkətinin maliyyə direktoru Piter Oppenhaymer bildirib".



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL