waplog

“HTC” 7 il ərzində rastlaşmadığı vəziyyətə düşüb


Tayvanın “HTC” şirkətinin səhmləri oktyabrın 29-da təxminən 7 faiz azalaraq 219,5 dollar təşkil edib. Bu göstərici 2005-ci il dekabrın 15-dən etibarən qeydə alınmış ən aşağı göstəricidir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə “HTC” şirkətinin mədaxili 70,2 milyard yeni Tayvan dolları, xalis mənfəət isə 3.9 milyard Tayvan dolları təşkil edib.

Qeyd edək ki, 2012-ci ilin əvvəlindən etibarən “HTC” şirkətinin səhmləri 56 faiz ucuzlaşıb. Ötən il ərzində şirkətin səhmlərinin qiyməti 42 faiz azalıb. Bununla bərabər ötən ilin aprelində “HTC” bazar kapitallaşdırmasının dəyərinə görə Finlandiyanın “Nokia” şirkətini ötə bildi.

“HTC” şirkəti əvvəllər digər şirkətlər üçün qurğular istehsal edirdi. Hazırda o, “Google Android”, “Microsoft Windows Mobile” və “Windows Phone 7” platformaları ilə işləyən öz smartfonlarını istehsal edir.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL