waplog

Azərbaycanda hər il İKT Qızlar günü keçiriləcək


Hər il aprelin  sonuncu üç günü dünyada İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində çalışan qızların günü kimi qeyd edilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu günü mütəmadi keçirmək üçün “İREX” təşkilatı böyük təşəbbüs göstərir. Artıq bu ilin aprel ayında belə bir tədbir keçirilib. Təşkilatın rəhbəri Angela Nicora “ictnews”-a bildirib ki, artıq bir neçə ildir ki, dünyada aprel ayının son günləri İKT Qızlar günü kimi qeyd olunur. 

Həmin günlər qızlar bir araya gəlir ki, onun perspektivləri və bu sahədəki karyera imkanları haqqında məlumatlandırılır  və qadınlar bir daha bu istiqamətdə  düşünürlər. “Biz bu il Azərbaycanda bununla bağlı tədbir keçirdik .

Gələn il isə daha böyük formatda hazırlaşırıq. Təqdirəlayiq haldır ki, bizim tədbiri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də dəstəklədi. Bu tip tədbirlərin əsas mahiyyəti qızları, qadınları informasiya texnologiyalarının onların güclənməsində bir alət olduğu barədə məlumatlandırmaq, eyni zamanda bu sahədə karyera qurmağın həm çətin, həm də maraqlı və mükafatlı olduğunu başa salmaqdır. Təəssüf ki, bu gün cəmiyyətdə tipik qadın və kişi peşələri deyə bir ayrı-seçkilik var, bizim məqsədimiz bu standartları aradan qaldırmaqdır. Məhz bu gün qızlara İKT sahəsində karyera qurmaq imkanı barədə düşünməyə imkan yaradır”.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL