waplog

“Azercell” Gəncədə yeni Ekspress ofis açdı


“Azercell” Ekspress ofislərinin konsepsiyası bir nöqtədə üç xidmətin göstərilməsindən ibarətdir: telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək və yeni telefon və ya nömrə almaq. Qeyd edək ki, “Azercell” tək Azərbaycanda deyil, bütün regionlarda "one-stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir.

Şirkət  gəncəlilərlə yanaşı, bütün Gəncəbasar bölgəsi üçün yeni kompaniya elan edib. Belə ki, 10 aylıq müqavilə bağlayan abunəçilərə aylıq 7 AZN müqabilində hər ayda “4GB” həcmində internetdən istifadə etmək imkanı veriləcək, üstəlik “Azercell” özünün “3GMAX” mobil internet modemini pulsuz olaraq hədiyyə edəcəkdir.

 İndiyə kimi Gəncədə “Azercell” şirkətinin bir “Azercell” Ekspress ofisi və Müştəri Xidmətləri mərkəzi fəaliyyət göstərirdi. Bir neçə il əvvəl isə ”Azercell” Gəncədə özünün ilk regional Telefon mərkəzini yaratmışdır. Gəncədə istifadəyə verilən yeni ofisdən sonra “Azercell” bölgələrdəki xidmət mərkəzlərinin sayını 31-ə çatdırmış oldu.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL