waplog

Azərbaycanda ilk dəfə “HTC Windows phone 8x” markalı mobil telefon satışa çıxarılır


Yaxın günlərdə Azərbaycanın mobil telefon bazarında çox böyük səs-küy düşəcək. “Caspian Mobile” bazara yeni “HTC  Windows phone 8x” markalı mobil telefon çıxaracaq. Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu yeni mükəmməl texnologiyaya malik telefonların  “Nokia Lumia 920” və “820” telefonlarına əsas rəqib olacaq. “Caspian Mobile” şirkəti Azərbaycanın mobil bazarında daha öncədən fəaliyyət göstərsə də, 2010-cu ildən  fundamental layihələrlə gündəmə gəlib.

Şirkət qısa zamanda mobil rabitə bazarında yeni texnologiyaları təqdim etməsinə baxmayaraq artıq bir çox böyük ugurlara imza atıb.Və yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın mobil telefon bazarına ilk dəfə olaraq “HTC Windows phone 8x” çıxarmaqla böyük dəyişikliklər  gətirəcək. Böyük əminliklə demək olar ki, hər zaman oldugu kimi, bu addımla da  “HTC  Windows phone 8x” timsalında böyük uğurların davamı olacaq.

“HTC Windows phone 8x : 8 mp və f/2.0” diaqram aralıgına sahib kamerası ilə diqqət çəkir. Eyni şəkildə 1080p görüntü yaddaşı maraq kəsb edir. Həqiqətən də keyfiyyətli videolar çəkdiyini də rahatlıqla söyləmək olar. “HTC”-nin yaradıcılarının söylədiklərini nəzərə alsaq, özəlliklə tək əllə tutmaq mümkündür və istifadəsi olduqca əlverişlidir. Bu telefon bütün parametrlərinə görə istifadəçilərə zövq verə biləcək.

Əsas özəlliklərindən biri isə onun mavi, qara, sarı, qırmızı rənglərdə olmasıdır. 132x66.2x10.1 uzunlugunda, 130 qram ağırlığında ölçüyə malik olmaqla bütün rəqiblərində qısqanclıq yarada biləcək.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL