waplog

Dünyanın ən yığcam kompüteri (VİDEO)


“VIA Technologies” şirkəti ev və ofis şəraiti, avtomatlaşdırma sistemləri, multimedia materiallarının yayımlanmasında istifadəyə yarayan “ARTiGO A1250” adlı mini-kompüterini təqdim edib.

İddia edilir ki, hazırda bu mini-kompüterin “x86”-uyğun prosessorla təchiz edilmiş ən yığcam kompüter olduğu iddia edilir. “ARTiGO A1250”-nin ölçüləri 177×125×30 millimetr (mm) təşkil edir.

 “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Pico-ITX” form-faktorlu (100×72 mm) sistem platasından istifadə edilib. “VIA QuadCore E-Series” adlanan prosessorun takt tezliyi 1 QHs təşkil edir. Maksimal dəstəklənən əməli yaddaş tutumu 8 QB təşkil edir; korpusun daxilində 1 ədəd 2,5 düymlü daşıyıcı ( sərt disk və ya sərtgövdəli disk) üçün yer var.

Mini-kompüter “Gigabit Ethernet” şəbəkə kontrolleri, “HDMI” və “D-Sub” interfeysləri, 2 ədəd “USB 3.0” və “USB 2.0” portları ilə təchiz olunub.

Orta enerji sərfiyyatı 27 Vatt təşkil edir. Kompüterə “Windows Embedded Standard 7” (WES),  “WES2009 və ya “Linux” əməliyyat sistemləri quraşdırıla bilər. Qiyməti haqqında məlumat yoxdur.
 



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL