waplog

Azərbaycanın mobil rabitə operatorları «Daşınan nömrələr» layihəsinə ilin sonunda başlaya bilər


Azərbaycanın mobil rabitə xidmətləri bazarında «Daşınan nömrələr» layihəsinin tətbiqinə 2012-ci ilin sonunda başlanıla bilər.Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

İ.Məmmədovun sözlərinə görə, layihə çərçivəsində görülən hazırlıq işləri olaraq artıq müvafiq qayda qəbul olunub, layihənin tətbiqi üçün hüquqi imkanlar yaradılıb. Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə test işləri aparılır: «Yaxın vaxtlarda mobil rabitə operatorları tərəfindən layihənin tətbiqinə başlanılacaq. Bu layihə ya bu ilin sonunda, ya da gələn ilin yanvar-fevral aylarında tətbiq olunacaq».

Qeyd edək ki, hazırda Azərbaycanın mobil rabitə xidmətləri bazarında üç şirkət – «Bakcell», «Azercell» və «Azerfon» fəaliyyət göstərir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL