waplog

BMT baş katibinin müavini: Azərbaycan regionda İKT sahəsində liderdir


Son illər dünyada internetin inkişafı bununla bağlı geniş müzakirələrin aparılmasını zəruri edib. Bu barədə Bakıda İnternet İdarəçiliyi Forumu (Internet Governance Forum) ilə bağlı keçirilən mətbuat konfransında BMT baş katibinin müavini Vu Honqbo bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən İnternet İdarəçiliyi Forumu informasiya texnologiyalarının bundan sonrakı inkişaf yollarını müzakirə etməyə imkan verəcək: “Bakıda belə böyük forumun təşkil olunması Azərbaycanın informasiya texnologiyaları sahəsinə töhfəsidir. İnanıram ki, buradakı müzakirələr internetin daha yüksək inkişafa çatmasına imkan verəcək. Hazırda dünya əhalisinin 1/3-dən çoxu internet istifadəçisidir. Bundan başqa, 6 mlrd-dan artıq mobil telefon istifadəçisi var.

Mobil telefonların qiyməti enir, onun imkanları isə artır. İnkişaf etməkdə olan ölkələrdə isə bu proses daha sürətlə gedir. İnternetin inkişafı dünyada sosial bərabərsizliyin də aradan qaldırılmasında mühüm rol oynayacaq”.

V.Honqbo qeyd edib ki, Azərbaycan regionda İKT sahəsində liderdir: “İnanıram ki, Azərbaycanda bu sahədə görülən işlər ətraf regionlarda da sahənin inkişafına kömək edəcək”.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, internet aləmindəki yeni qaydaların hamı tərəfindən qəbul edilməsi zəruridir: “Dünyada yeni çağırışlar var və forumda bu çağırışlar müzakirə olunacaq. İnternetin inkişafı kibercinayətkarlığa da yol açır. Buna görə də biz bu forumda bütün maraqlı tərəflərlə müzakirələrə və əməkdaşlığa hazırıq”.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL