waplog

"Rabitə dünyası" qəzetinin 20 yaşı tamam olur


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin 20 yaşı tamam olur. 1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib. 20 illik fəaliyyəti dövründə qəzet ölkə mətbuatında özünəməxsus yer tutub və fəaliyyəti yüksək qiymətləndirilib.

Qəzetin səhifələrində Azərbaycanda həyata keçirilən İKT siyasəti,  müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar, İT sənayesinin nüfuzlu şəxslərinin həyat və fəaliyyəti, sahə üzrə ixtisaslı kadrların hazırlanması ilə məşğul olan ali təhsil ocaqları, tarixdə əhəmiyyətli iz buraxmış texnoloji ixtiralar  və s. haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür.

 Hazırda Azərbaycan dilində 36 səhifə və ingilis dillində 24 səhifədən ibarət olmaqla yüksək keyfiyyətli kağızda nəşr olunan "Rabitə dünyası"  qəzeti tam rəngli formada və nəfis tərtibatda işıq üzü görür. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL