waplog

“Pixar” studiyasının əsas binasına Stiv Cobsun adı verilib


“Pixar” animasiya studiyasının rəhbərliyi şirkətin əsas binasına Stiv Cobsun adını verməklə onun xatirəsini yad edib. Stiv Cobsun adı binaya giriş qapısının üstündə yazılıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Stiv Cobs yalnız “Pixar”ın inkişafı ilə məşğul olmayıb, həm də hazırda onun adını daşıyan binanın layihələşdirilməsində iştirak edib. Onun planlarına əsasən, böyük atrium binanın əsas elementi olmalı idi və o, elə layihələşdirilməli idi ki “Pixar” şirkətinin əməkdaşları müxtəlif bölmələrin həmkarları ilə tez-tez görüşə bilsinlər.

Xatırladaq ki, kinostudiyanın əsası 1979-cu ildə Corc Lukas tərəfindən qoyulub və əvvəlcə “Computer Division” adlanıb. 1986-cı ildə Stiv Cobs onu 10 milyon dollara satın aldı və şirkəti “Pixar” adlandırdı. "Oyuncaqların tarixi", "Bədheybətlər korporasiyası" və bu kimi animasiya filmləri kinostudiyaya ümumdünya şöhrəti qazandırdı. 2006-cı ildən etibarən isə “Pixar” şirkəti “Walt Disney”ə məxsusdur.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL