waplog

“Bakcell” “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlığa başlayıb


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” böyük məmnuniyyətlə elan edir ki, şirkət “Bakutel 2012” sərgisi çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. “Bakutel 2012” zamanı “Bakcell” şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri və “Bakcell” - “Mançester Yunayted” əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətlərini nümayiş etdirəcək.

Öz Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində, “Bakcell” şirkəti Azərbaycanın və xüsusilə də Bakı şəhərinin turizm potensialının artırılması və təbliğ edilməsi sahəsində səylər göstərmək niyyətindədir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlığın məqsədi mobil operatorlar və müasir mobil telefonlar vasitəsilə turistlərin görməli yerləri ilə tanışlıq təcrübəsini yeni bir səviyyəyə qaldırmaqdır.

Tarixi abidələr və görməli yerlərlə zəngin olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu QR Kodlarını (Tez cavab kodu) ehtiva edən məlumat kitabçası hazırlayıb. Həmin məlumat kitabçası qədim “Odlar Yurdu”nu gəzib istənilən tarixi abidənin QR kodunu skan edərək, mobil telefonda zəngin mobil kontenti dərhal əldə etmək və yeni bir multimedia təcrübəsindən həzz almaq imkanını təklif edir.

Matrisa ştrix kod (və ya ikiölçülü kod) növlərindən birinin əmtəə nişanı olan QR kod ilk dəfə avtomobil sənayesində tətbiq edilib. Son zamanlar, bu sistem adi UPS ştrix kodları ilə müqayisədə daha sürətli oxunuş və daha böyük saxlama tutumuna görə digər sənaye sahələrində də məşhurluq qazanıb. Kod, ağ fon üzərində kvadrat naxış üslubunda çəkilmiş qara modullardan (kvadrat formalı nöqtələr) ibarətdir. Kod vasitəsilə 4 standart məlumat (rəqəm, hərfi-rəqəm, bayt/ikili, Kanji) növü (“rejim”) və ya müvafiq dəstəklənən genişlənmələr vasitəsilə istənilən məlumat kodlaşdırıla bilər.

“Bakcell” şirkəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq etməkdən olduqca məmnundur.  Biz inanırıq ki, bu əməkdaşlıq vizual yardım və məlumat kitabçalarının geniş yayılması üçün ilk addımdır və bu kimi layihələrin Azərbaycanın digər tarixi yerlərində həyata keçirilməsini səbirsizliklə gözləyirik.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL